AZ

Azərbaycanda magistral qaz kəmərlərində itkilər azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda magistral qaz kəmərlərində 14,8 mln. kubmetr itki olub, bu da illik müqayisədə 8,6% azdır.

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, ötən ilin müvafiq dövründə respublika üzrə qaz kəmərlərində itkilər 16,2 mln. kubmetr təşkil edib.

    Belə ki, cari ilin yanvar-mart aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 11 133,6 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 1,2% artım müşahidə olunub. Qaz nəqlinin 50,1%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və hesabat dövründə bu kəmərlə 5 582,1 mln. kubmetr qaz ötürülüb (1,28%-lik artım).

    Ən sərfəli kredit üçün müraciət et

    Bütün xəbərləri reklamsız oxumaq üçün

    Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

    Seçilən
    18
    7
    banco.az

    10Mənbələr