AZ

FutbolAVRO-2024: Avstriya və Fransa 1/8 finala vəsiqə qazanıb, Niderland qrup üçüncüsü olub - YENİLƏNİB - 8

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının D qrupunda III turun oyunları keçirilib.

"Far.Az"un məlumatına görə, Niderland millisi Avstriya ilə üz-üzə gəlib.

Qarşılaşma "narıncılar"ın məğlubiyyəti ilə bitib - 2:3.

Qrupun digər görüşündə Fransa Polşa ilə heç-heçə edib - 1:1.

Beləliklə, Avstriya yığması qrup lideri kimi 1/8 finala yüksəlib. Fransa millisi isə ikinci yerin sahibi kimi növbəti mərhələyə vəsiqə qazanıb. Niderland ən yaxşı qrup üçüncüsü kimi pley-offda iştirak edəcək.

D qrupu

1. Avstriya 3 2 0 1 6-4 6

2. Fransa 3 1 2 0 2-1 5

3. Niderland 3 1 1 1 4-4 4

4. Polşa 3 0 1 2 3 3:6 1

21:43

Almaniyada təşkil olunan Avropa çempionatının D qrupunun III turunun Niderland - Avstriya oyununda beşinci qol vurulub.

"Far.Az"un məlumatına görə, avstriyalı Marsel Sabitzer 80-ci dəqiqədə növbəti dəfə "narıncılar"ı məyus edib - 3:2.

Fransa - Polşa görüşündə isə ikinci qol vurulub - 1:1. Polşalı Robert Levandovski 79-cu dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirməklə hesabı bərabərləşdirib.

21:37

Almaniyada təşkil olunan Avropa çempionatının D qrupunun III turunun Niderland - Avstriya oyununda dördüncü qol vurulub.

"Far.Az"un məlumatına görə, "narıncılar" növbəti dəfə hesabı bərabərləşdiriblər - 2:2.

Memfis Depay 75-ci dəqiqədə fərqlənib.

Fransa isə Polşa ilə görüşdə hesabda öndədir - 1:0.

20:20

Almaniyada təşkil olunan Avropa çempionatının D qrupunun III turunun Fransa - Polşa oyununda hesab açılıb.

"Far.Az"un məlumatına görə, Kilian Mbappe 56-cı dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Avstriya isə Niderlandla görüşdə yenidən hesabda önə keçib - 2:1. 59-cu dəqiqədə Romano Şmid "narıncılar"ı məyus edib.

21:07

Almaniyada təşkil olunan Avropa çempionatının D qrupunun III turunun Niderland - Avstriya oyununda ikinci qol vurulub.

"Far.Az"un məlumatına görə, "narıncılar" matçda tarazlığı bərpa ediblər - 1:1.

47-ci dəqiqədə Kodi Qapko fərqlənib.

Fransa - Polşa matçında isə hesab açılmayıb.

21:03

Almaniyada təşkil olunan Avropa çempionatının D qrupunun III turunun Niderland - Avstriya və Fransa - Polşa oyunlarında ikinci hissə başlayıb.

"Far.Az"un məlumatına görə, Avstriya yığması hazırda hesabda öndədir - 1:0.

Niderlandlı Doniell Malen 6-cı dəqiqədə avtoqol müəllifi olub.

Fransa - Polşa matçında isə hesab bərabərdir - 0:0.

20:48

Almaniyada təşkil olunan Avropa çempionatının D qrupunun III turunun Niderland - Avstriya və Fransa - Polşa oyunlarında ilk hissə başa çatıb.

"Far.Az"un məlumatına görə, Avstriya yığması fasiləyə öndə yollanıb.

Niderlandlı Doniell Malen 6-cı dəqiqədə avtoqol müəllifi olub.

Fransa - Polşa matçında isə hesab bərabərdir - 0:0.

20:08

Almaniyada təşkil olunan Avropa çempionatının D qrupunun III turunun Niderland - Avstriya oyununda hesab açılıb.

"Far.Az"un məlumatına görə, niderlandlı Doniell Malen 6-cı dəqiqədə avtoqol müəllifi olub.

Fransa - Polşa matçında isə hesab bərabərdir - 0:0.

20:00

Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsində III turun növbəti oyunları start götürüb.

"Far.Az"un məlumatına görə, D qrupunda Niderland - Avstriya və Fransa - Polşa matçları Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

Qarşılaşmaları müvafiq olaraq slovakiyalı İvan Krujlyak və italiyalı Marko Quida idarə edirlər.

Qeyd edək ki, hazırda Niderland və Fransa yığmalarının 4, Avstriyanın isə 3 xalı var. Polşanın xalı yoxdur. AVRO-2024 iyulun 14-də başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
4
far.az

10Mənbələr