AZ

Yusif Mustafayevdən Əli Mirəliyevə cavab: "Mənsiz dayana bilmirlər"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Əcəb edib deyib. Əli müəllimə nə edə bilərəm ki, daha deyib də".
Bunu "Qaynarinfo"ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev həmkarı Əli Mirəliyevin "Yusif Mustafayevə Əməkdar artist fəxri adı verdilər, amma heç oxuyan da deyil" ittihamına cavabında deyib.
Sənətçi Əli Mirəliyevi özünə böyük qardaş hesab etdiyini bildirib:
"Mənsiz dayana bilmirlər də. Harada qalmaqal var, mütləq bir tərəfində mənim adımı hallandırırlar. Əli müəllimə hər şey olar, bizim qardaşımızdır. Kim nə istəyir, desin. Söz azaddır".
Qeyd edək ki, 40 ildir sənətdə olan müğənni Manaf Ağayev fəxri ada layiq görülməməsindən şikayətlənib. Müğənni Əli Mirəliyev məsələyə münasibət bildirərkən "Yusif Mustafayevə Əməkdar artist fəxri adı verdilər, amma heç oxuyan da deyil. Manaf darıxmasın, özüm ona ad verəcəyəm", deyib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
8
oxu.az

10Mənbələr