AZ

Yusif Mustafayev: "Əli Mirəliyev belə söz deyibsə..."

"Əcəb edib deyib. Əli müəllimə nə edə bilərəm ki, daha deyib də".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev həmkarı Əli Mirəliyevin "Yusif Mustafayevə Əməkdar artist fəxri adı verdilər, amma heç oxuyan da deyil" ittihamına cavabında deyib.

Sənətçi Əli Mirəliyevi özünə böyük qardaş hesab edir:

"Mənsiz dayana bilmirlər də. Harda qalmaqal var, mütləq bir tərəfində mənim adımı hallandırırlar. Neynək, bu da bir qismətdir. Əli müəllimə hər şey olar, bizim qardaşımızdır. Kim nə istəyir, desin. Söz azaddır". 

Qeyd edək ki, 40 ildir sənətdə olan müğənni Manaf Ağayev fəxri ada layiq görülməməsindən şikayətlənib. Müğənni Əli Mirəliyev məsələyə münasibət bildirərkən "Yusif Mustafayevə Əməkdar artist fəxri adı verdilər, amma heç oxuyan da deyil. Manaf neynir ki, fəxri adı, darıxmasın, özüm ona ad verəcəm", deyib. 

Bahar Rüstəmli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
8
qaynarinfo.az

10Mənbələr