AZ

Yusif Mustafayevdən Əli Mirəliyevə cavab: "Mənsiz dayana bilmirlər"

"Əcəb edib deyib. Əli müəllimə nə edə bilərəm ki, daha deyib də".

Publika.az xəbər verir ki, bunu "Qaynarinfo"ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev həmkarı Əli Mirəliyevin "Yusif Mustafayevə Əməkdar artist fəxri adı verdilər, amma heç oxuyan da deyil" ittihamına cavabında deyib.

Sənətçi Əli Mirəliyevi özünə böyük qardaş hesab etdiyini bildirib:

"Mənsiz dayana bilmirlər də. Harada qalmaqal var, mütləq bir tərəfində mənim adımı hallandırırlar. Əli müəllimə hər şey olar, bizim qardaşımızdır. Kim nə istəyir, desin. Söz azaddır".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
8
publika.az

10Mənbələr