Bakı. Trend:
Təhsil müəssisəsində aşkar edilmiş qanunsuzluqlarla bağlıcinayət işi başlanıb.
Goranboy rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Goranboyrayon M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbində başverən qanunsuzluqlarla bağlı müraciət əsasında rayonprokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsində 2018-2023-cüillər ərzində əsassız olaraq əmək haqqı ödənilməsi və digəryollarla dövlət büdcəsindən ayrılmış xeyli miqdarda pul vəsaitininmənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeylimiqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələriləcinayət işi başlanaraq istintaq aparılır.