AZ

Bu məktəbdə qanunsuzluqlar AŞKARLANDI - Cinayət işi açıldı

Təhsil müəssisəsində aşkar edilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.

 

Bu barədə Sfera.az-a Goranboy rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, Goranboy rayon M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

 

“Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsində 2018-2023-cü illər ərzində əsassız olaraq əmək haqqı ödənilməsi və digər yollarla dövlət büdcəsindən ayrılmış xeyli miqdarda pul vəsaitinin mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib. Fakta görə Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələrilə cinayət işi başlanaraq istintaq aparılır”, - qurum əlavə edib.

 

Günay

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
32
sfera.az

10Mənbələr