AZ

"Qəbələ" kapitanı ilə müqaviləni yenilədi

“Qəbələ” klubu Asif Məmmədovla müqavilənin müddətini uzadıb.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilənin müddəti qarşıdakı bir il üçün nəzərdə tutulub.

“Qırmızı-qaralar”ın kapitanı 2024/2025 mövsümündə də bölgə təmsilçisinin formasını geyinəcək. Onun müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, 2015-ci ilin yayından “Qəbələ” klubunda çıxış edən təcrübəli yarımmüdafiəçi 2006/2007 mövsümünün ikinci yarısında da “qırmızı-qaralar”ın formasını geyinib. O, bu müddətdə meydana çıxdığı 252 oyunda 17 qola imza atıb. A.Məmmədov Premyer Liqada 197 matçda 13, Azərbaycan Kubokunda 31 görüşdə 3, avrokubokların 24 qarşılaşmasında 1 dəfə fərqlənib.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
14
fanat.az

10Mənbələr