AZ

"Qəbələ" kapitanı ilə bağlı qərar verdi

Yeni mövsümdə uğurlu çıxış edərək Premyer Liqaya qayıtmağı hədəfləyən “Qəbələ” futbolçusu Asif Məmmədovla müqavilənin müddətini uzadıb.

Publika.az xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi ilə yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub.

Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi 2015-ci ilin yayından “Qəbələ”də çıxış edir. O, bu müddətdə 252 oyunda 17 qol vurub. Premyer Liqada 197 matçda 13, Azərbaycan kubokunda 31 görüşdə 3, avrokubokların 24 qarşılaşmasında 1 dəfə fərqlənib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
1
publika.az

10Mənbələr