AZ

"Qəbələ" Asif Məmmədovla yeni müqavilə bağladı

"Qəbələ" futbolçusu Asif Məmmədovla müqavilənin uzadıldığını rəsmən açıqlayıb.

Milli.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi ilə yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub.

"Qırmızı-qaralar"ın kapitanı 2024-2025-ci illər mövsümündə də "Qəbələ"nin formasını geyinəcək. Onun anlaşması 2025-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, 2015-ci ilin yayından "Qəbələ"də çıxış edən yarımmüdafiəçi 2006/07 mövsümünün ikinci yarısında da "qırmızı-qaralar"ın formasını geyinib. O, bu müddətdə 252 oyunda 17 qol vurub. O, Premyer Liqada 197 matçda 13, Azərbaycan kubokunda 31 görüşdə 3, avrokubokların 24 qarşılaşmasında 1 dəfə fərqlənib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
28
milli.az

10Mənbələr