AZ

İsrail Ali Məhkəməsi ultra-pravoslav yəhudilərin orduya cəlb olunması ilə bağlı qərar çıxarıb

İsrailin Ali Məhkəməsi ultra-pravoslav yəhudilərin orduya cəlb olunması ilə bağlı qərar çıxarıb.

APA CNN-ə istinadən xəbər verir ki, Məhkəmə həmçinin hökumətə tələbələri hərbi xidmətə çağırışla bağlı bildirişlərə əməl etməyən hər hansı dini məktəblərin və ya yeşivaların maliyyəsini dayandırmağı tövsiyyə edib.
"Hazırda yeşiva tələbələri ilə hərbi xidmətə çağırılanlar arasında fərq qoymağa imkan verən heç bir hüquqi baza yoxdur. Müvafiq olaraq, dövlətin onların hərbi xidmətə çağırılmaması üçün əmr vermək səlahiyyəti yoxdur", Məhkəmə bildirib.

Qeyd edək ki, ultra-pravoslav (yaxud Haredi) yəhudilər İsrail qurulandan bəri milli məcburi hərbi xidmətdən azad ediliblər. Ultra-pravoslav yəhudilər dini təhsili yəhudiliyin qorunub saxlanması üçün əsas, İsrailin müdafiəsi üçün ordu qədər vacib hesab edirlər.
Haredi partiyaları gənc ultra-pravoslav kişilərin orduda xidmət etməsi üçün edilən səylərə qəti şəkildə qarşı çıxıblar. Netanyahunun hökumət koalisiyasını idarə etmək üçün iki Haredi partiyasına - Birləşmiş Tövrat Yəhudiliyi və Şas-a güvənir. Baş nazir Netanyahu həftələrdir İsrail parlamenti vasitəsilə ultra-pravoslav gənc kişilər üçün istisna layihəsini qanunda təsbit edəcək qanun layihəsini irəli sürməyə çalışır. Netanyahunun müdafiə naziri Yoav Qallant Netanyahunun Haredi yəhudilərini azad etmək cəhdini açıq şəkildə tənqid edib.
Bu, Ali Məhkəmənin ultra-pravoslav yəhudi kişilərin hərbi xidmətdən azadlığını ilk dəfə ləğv etməsi deyil. 1998-ci ildə məhkəmə hökumətə xəbərdarlıq edib ki, bu istisna bərabər müdafiə prinsiplərini pozur. Onilliklər ərzində ardıcıl hökumətlər və parlamanetlər problemi həll etməyə çalışıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
4
apa.az

7Mənbələr