AZ

İsrail Ali Məhkəməsi QƏRAR ÇIXARDI – Ultra-ortodoks yəhudilər…

İsrail Ali Məhkəməsi ultra-ortodoks yəhudilərin orduya cəlb olunması ilə bağlı qərar çıxarıb.

NOCOMMENT.az xəbər verir ki, məhkəmə həmçinin hökumətə tələbələri hərbi xidmətə çağırışla bağlı bildirişlərə əməl etməyən hər hansı dini məktəblərin və ya yeşivaların maliyyəsini dayandırmağı tövsiyə edib.

Qərarda bildirilir ki, hazırda yeşiva tələbələri ilə hərbi xidmətə çağırılanlar arasında fərq qoymağa imkan verən heç bir hüquqi baza yoxdur. Buna görə də dövlət onların hərbi xidmətə çağırılmaması üçün əmr vermək səlahiyyətinə sahib deyil.

Qeyd edək ki, ultra-ortodoks yəhudilər İsrail qurulandan bəri hərbi xidmətdən azad ediliblər. Onlar dini təhsili yəhudiliyin qorunub saxlanması üçün əsas, İsrailin müdafiəsi üçün ordu qədər vacib hesab edirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
4
nocomment.az

7Mənbələr