AZ

İsrail Ali Məhkəməsi ultra-ortodoks yəhudilərin orduya cəlb olunması ilə bağlı qərar çıxarıb

İsrail Ali Məhkəməsi ultra-ortodoks yəhudilərin orduya cəlb olunması ilə bağlı qərar çıxarıb.

APA CNN-ə istinadən xəbər verir ki, Ali Məhkəmə həmçinin hökumətə tələbələri hərbi xidmətə çağırışla bağlı bildirişlərə əməl etməyən hər hansı dini məktəblərin və ya yeşivaların maliyyəsini dayandırmağı tövsiyə edib.

"Hazırda yeşiva tələbələri ilə hərbi xidmətə çağırılanlar arasında fərq qoymağa imkan verən heç bir hüquqi baza yoxdur. Müvafiq olaraq, dövlətin onların hərbi xidmətə çağırılmaması üçün əmr vermək səlahiyyəti yoxdur", -Məhkəmədən bildirib.

Qeyd edək ki, ultra-ortodoks (yaxud Haredi) yəhudilər İsrail qurulandan bəri milli məcburi hərbi xidmətdən azad ediliblər. Ultra-ortodoks yəhudilər dini təhsili yəhudiliyin qorunub saxlanması üçün əsas, İsrailin müdafiəsi üçün ordu qədər vacib hesab edirlər.

Haredi partiyaları gənc ultra-ortodoks kişilərin orduda xidmət etməsi üçün edilən səylərə qəti şəkildə qarşı çıxıblar. Netanyahunun hökumət koalisiyasını idarə etmək üçün iki Haredi partiyasına - Birləşmiş Tövrat Yəhudiliyi və Şas-a güvənir. Baş nazir Netanyahu həftələrdir İsrail parlamenti vasitəsilə ultra-ortodoks gənc kişilər üçün istisnanı qanunda təsbit edəcək layihəni irəli sürməyə çalışır. Netanyahunun müdafiə naziri Yoav Qallant Netanyahunun Haredi yəhudilərini azad etmək cəhdini açıq şəkildə tənqid edib.

Bu, Ali Məhkəmənin ultra-ortodoks yəhudi kişilərin hərbi xidmətdən azadlığını ilk dəfə ləğv etməsi deyil. 1998-ci ildə məhkəmə hökumətə xəbərdarlıq edib ki, bu istisna bərabər müdafiə prinsiplərini pozur. Onilliklər ərzində ardıcıl hökumətlər və parlamentlər problemi həll etməyə çalışıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
4
azpolitika.info

7Mənbələr