AZ

“Real” 40 milyon avroya müdafiəçi alır

“Lill”in müdafiəçisi Leni Yoro yeni klubunu seçib.



Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, fransalı futbolçu “Real”a keçmək qərarına gəlib.



Yoro artıq onun transferində maraqlı olan PSJ və “Mançester Yunayted”i qərarı ilə bağlı məlumatlandırıb. Müdafiəçinin “kral klubu”na potensial transferinin məbləği 40 milyon avro olacaq.



18 yaşlı müdafiəçi Fransa çempionatının son mövsümündə 32 matçda iştirak edib. O, bu oyunlarda 2 qol vurub. Onun “Lill”lə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketlərleni yoro real

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
19
komanda.az

10Mənbələr