Aktual.az xəbər verir ki, bu barədə Ukraynanın YASNO şirkətinin baş direktoru Sergey Kovalenko deyib.
"Daxili elektrik enerjisi istehsalı kəskin şəkildə çatışmır. Yaxın altı-səkkiz həftə ərzində kəsirlə bağlı vəziyyət çətin olacaq”, - o bildirib.
Kovalenkonun sözlərinə görə, hətta artıq maksimum həcmə çatan elektrik enerjisinin idxalı da vəziyyəti xilas etmir.
Kovalenko əlavə edib ki, enerji sisteminin vəziyyəti hətta bir gün ərzində əhəmiyyətli dərəcədə dəyişir:
"Atom elektrik stansiyasının bəzi blokları planlı təmir üçün bağlanır və istehlak artmaqda davam edir".