AZ

Ukraynada elektrik enerjisi istehsalının kritik çatışmazlığı yaşanır - » AzadMedia.az



Ukraynada elektrik enerjisi istehsalının kritik çatışmazlığı yaşanır və yaxın altı-səkkiz həftə ərzində enerji sistemində ağır vəziyyət gözlənilir.

Azadmedia.az xəbər verir ki, bu barədə Ukraynanın YASNO şirkətinin baş direktoru Sergey Kovalenko deyib.

Belə ki, “Daxili elektrik enerjisi istehsalı kəskin şəkildə çatışmır. Yaxın altı-səkkiz həftə ərzində kəsirlə bağlı vəziyyət çətin olacaq”, - deyə o bildirib.

Həmçinin Kovalenkonun sözlərinə görə, hətta artıq maksimum həcmə çatan elektrik enerjisinin idxalı da vəziyyəti xilas etmir.

Eyni zamanda Kovalenko əlavə edib ki, enerji sisteminin vəziyyəti hətta bir gün ərzində əhəmiyyətli dərəcədə dəyişir:

"Atom elektrik stansiyasının bəzi blokları planlı təmir üçün bağlanır və istehlak artmaqda davam edir".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
4
azadmedia.az

5Mənbələr