İyunun 24-də saat 23:20 radələrində bir nəfər Culfa rayon Bənəniyar kənd sakininin küt alətlə vurularaq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.Bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğundan bildirilib.Araşdırmalarla Culfa rayon Bənəniyar kənd sakini 1984-cü il təvəllüdlü Ruslan Məhərrəm oğlu Əliyevin şəxsi münasibətlər zəminində bacısı 1980-ci il təvəllüdlü Elfanə Məhərrəm qızı Muradovanı küt alətlə (dəmir parçası ilə) xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Ruslan Məhərrəm oğlu Əliyev şübhəli şəxs qismində tutulub.Culfa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Diqqət Çəkənlər
Daşkəsəndə ər arvadını balta ilə qətlə yetirdi
10 gün sonra toyu olacaqdı
Qadınlar kişilərdən daha çox xəstələnirlər