AZ

Qardaş bacısını qətlə yetirdi

Ötən gün saat 23:20 radələrində Culfa rayon Bənəniyar kənd sakini küt alətlə qətlə yetirilib. SİA xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası prokurorluğu məlumat yayıb.

Bildirilib ki, araşdırmalarla Culfa rayon Bənəniyar kənd sakini 1984-cü il təvəllüdlü Əliyev Ruslan Məhərrəm oğlunun şəxsi münasibətlər zəminində bacısı 1980-ci il təvəllüdlü Muradova Elfanə Məhərrəm qızını küt alətlə (dəmir parçası ilə) xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Əliyev Ruslan Məhərrəm oğlu şübhəli şəxs qismində tutulub.

Culfa Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
46
sia.az

10Mənbələr