AZ

AVRO-2024: İtaliyanın son dəqiqə qolu Xorvatiyanın arzusunu puç etdi

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunda B qrupunda Albaniya – İspaniya və İtaliya-Xorvatiya qarşılaşıb.

Heftelik.az-ın məlumatına görə, İspaniya  Ferran Torresin birinci hissədə vurduğy qolla albanları məğlub edib.

Daha əvvəldən 1/8 finala vəsiqəni təmin edən ispanlar B qrupundakı xallarının sayını 9-a çatdıraraq maksimum nəticə göstəriblər.

İtaliya-Xorvatiya oyunu isə dramatikliyi ilə seçilib. Qarşılaşmada hesabı xorvatlardan 55-ci dəqiqədə Luka Modriç açıb. İtaliyanların bərabərlik qolu isə 90+ 8-ci dəqiqədə gəlib. Mattia Cakkani fərqlənib.

Son dəqiqədə vurulan qol sayəsində xallarının sayını 4-ə çatdıran İtaliya millisi qrupda ikinci yeri tutaraq 1/8 finala vəsiqə qazanıb.

1İspaniya33005-09
2İtaliya31113-34
3Xorvatiya30213-62
4Albaniya30123-51

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
4
heftelik.az

10Mənbələr