AZ

AVRO-2024: İtaliya 1/8 finala vəsiqə qazanıb

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Xorvatiya - İtaliya görüşü başa çatıb.



NUHÇIXAN xəbər verir ki, B qrupunun oyunu 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Qarşılaşmada hesabı xorvatlardan 55-ci dəqiqədə Luka Modriç açıb. İtaliyanların bərabərlik qolu isə 90+ 8-ci dəqiqədə gəlib. Mattia Cakkani fərqlənib.
Son dəqiqədə vurulan qol sayəsində xallarının sayını 4-ə çatdıran İtaliya millisi qrupda ikinci yeri tutaraq 1/8 finala vəsiqə qazanıb.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
4
nuhcixan.az

10Mənbələr