AZ

İtaliya 1/8 finaldaAVRO-2024

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Xorvatiya - İtaliya görüşü başa çatıb.

Xezerxeber.az xəbər verir ki, B qrupunun oyunu 1:1 hesabı ilə yekunlaşıb.

Hesabı 55-ci dəqiqədə Luka Modriç açıb. İtaliyanların bərabərlik qolu isə 90+8-ci dəqiqədə vurulub. Mattia Cakkani fərqlənib.

Son dəqiqədə vurulan qol sayəsində xallarının sayını 4-ə çatdıran İtaliya millisi qrupda ikinci yeri tutaraq 1/8 finala vəsiqə qazanıb.

Luçano Spalettinin rəhbərlik etdiyi yığma növbəti turda A qrupunun ikincisi olan İsveçrə ilə üz-üzə gələcək. Görüş iyunun - 29-da baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
5
xezerxeber.az

10Mənbələr