Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Astanada rusiyalı həmkarı Vladimir Putinlə görüşməyi planlaşdırır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “Habertürk” telekanalına açıqlamasında bildirib.
“Yaxın günlərdə prezidentimizlə Putinin Qazaxıstanda görüşü baş tuta bilər”, - nazir vurğulayıb.
Kremlin mətbuat katibi Dmitri Peskov isə Rusiya mediasına açıqlamasında bildirib ki, iki ölkə prezidenti arasında Astanada görüşün mümkünlüyü nəzərdən keçirilir.