AZ

Türkiyə Prezidenti Ərdoğan Rusiya dövlət başçısı Putinlə telefonla danışıb

Prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bəyanatda Prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya dövlət başçısı Vladimir Putin arasında baş tutan telefon danışığı zamanı Rusiyanın Dağıstan vilayətində törədilən terror aktları müzakirə olunub. Prezident Ərdoğan görüş zamanı deyib; O, Türkiyənin hər cür terrora qarşı olduğunu və hücumları nifrətlə qınadıqlarını ifadə edərək, həyatını itirənlərə görə Rusiya xalqına başsağlığı verib, yaralılara tezliklə şəfa diləyib. Prezident Ərdoğan Türkiyənin bölgədəki bütün münaqişələrə son qoymaq üçün səylərini davam etdirəcəyini bildirib. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
50
bizimyol.info

10Mənbələr