AZ

Samuxda “Son Zəng"lə bağlı təlimatın pozulduğu məktəbin direktoru işdən çıxarılıb

Samuxda "Son Zəng"lə bağlı təlimatın pozulduğu məktəbin direktoru ilə əmək müqaviləsinə xitam verilib.Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Ümumi təhsil müəssisələrinə "Son Zəng” tədbirlərinin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimat öncədən göndərilib.
"Bəzi hallarda təlimatın tələblərinin pozulduğu hallar da müşahidə olunub. Həmin hallarla bağlı araşdırma aparılıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən Samux rayon İnstitut qəsəbə tam orta məktəbin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib" - məlumatda qeyd edilib.

www.anews.az
Seçilən
13
49
anews.az

10Mənbələr