Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Macarıstan və İsveçrə yığmalarına qarşı keçirəcəyi oyunların hakim təyinatları açıqlanıb.
Komanda.az AFFA-ya istinadən xəbər verir ki, B Liqasının I qrupu çərçivəsində iyulun 12-də Bakıda Macarıstanla baş tutacaq görüşü Xorvatiyadan, iyulun 16-da Lozannada İsveçrə komandası ilə keçiriləcək qarşılaşmanı isə Slovakiyadan olan hakimlər briqadası idarə edəcək:
12 iyul
Azərbaycan – MacarıstanLiv Bona Dea Arena. Saat 20:00Baş hakim: Jelena PejkoviçBaş hakimin köməkçiləri: Sanja Rodjak-Karşiç, Gordana KatuşiçDördüncü hakim: Jelena Kumer(Hakimlər briqadası Xorvatiyadandır)
16 iyul
İsveçrə – AzərbaycanOlimpik De La Pontez stadionu. Saat 21:00Baş hakim: Miriama BoçkovaBaş hakimin köməkçiləri: Miroslava Pastorekova, Aleksandra VarqovaDördüncü hakim: Zuzana Valentova(Hakimlər briqadası Slovakiyadandır)
Son iki tur ərəfəsində Azərbaycan milli komandası 4 xalla dördüncü yerdə qərarlaşıb. İsveçrə 9 xalla birinci, Türkiyə 6 xalla ikinci, Macarıstan isə 4 xalla üçüncü pillədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin EtiketlərAvropa çempionatı Azərbaycan millisi
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta