AZ

“Səbail”in yay planı – iki rəqib bəllidir

“Səbail”in 2024/2025-ci illər mövsümü üçün yay hazırlıq planı bəlli olub.
Futbolpress.az xəbər verir ki, Şahin Diniyevin rəhbərliyi altında iyunun 27-də bir araya gələcək “dənizçilər” iyulun 3-nə qədər məşqlərini Bakıda keçirəcək.
Bayıl klubu iyulun 5-də toplanışın ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək. Ərzurumda baş tutacaq təlim-məşq toplanışında komanda 3 yoxlama oyununa çıxacaq.
“Səbail” iyulun 11-də 1-ci Liqa təmsilçisi “Ərzurumspor”la, 13-də isə Türkiyə Super Liqası üzvlərindən “Hatayspor”la qarışlaşacaq. Sonucu rəqib və oyunların başlama vaxtı ilə bağlı yaxın günlərdə məlumat veriləcək. “Səbail”in Ərzurum toplanışı iyulun 18-dək davam edəcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
18
futbolpress.az

10Mənbələr