AZ

“Səbail” Superliqa klubu ilə qarşılaşacaq

“Səbail”in 2024-25 mövsümü üçün yay hazırlıq planı bəlli olub. Matc.az xəbər verir ki, Şahin Diniyevin rəhbərliyi altında iyunun 27-də bir araya gələcək komanda iyulun 3-nə qədər məşqlərini Bakıda keçəcək. “Dənizçilər” iyulun 5-də toplanışın ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək. Ərzurumda baş tutacaq təlim-məşq toplanışında komanda 3 yoxlama oyununa çıxacaq. “Səbail” iyulun 11-də I Liqa təmsilçisi “Ərzurumspor”la, 13-də Superliqa iştirakçısı “Hatayspor”la qarışlaşacaq. Sonucu rəqib və oyunların başlama vaxtı ilə bağlı yaxın günlərdə məlumat veriləcək. “Səbail”in Ərzurum toplanışı iyulun 18-dək davam edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
18
matc.az

10Mənbələr