AZ

"Səbail" Superliqa klubu ilə qarşılaşacaq

"Səbail"in 2024/2025-ci illər mövsümü üçün yay hazırlıq planı bəlli olub. 

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Şahin Diniyevin rəhbərliyi altında iyunun  27-də bir araya gələcək komanda iyulun 3-nə qədər məşqlərini Bakıda keçirəcək. “Dənizçilər” iyulun 5-də toplanışın ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək. 

Ərzurumda olacaq təlim-məşq toplanışında komanda 3 yoxlama oyununa çıxacaq. “Səbail” iyulun 11-də 1-ci Liqa təmsilçisi “Ərzurumspor”la, 13-də isə Türkiyə Super Liqası üzvlərindən “Hatayspor”la qarışlaşacaq. Sonucu rəqib və oyunların başlama vaxtı ilə bağlı yaxın günlərdə məlumat veriləcək. 

Komandanın Ərzurum toplanışı iyulun 18-dək davam edəcək.






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
18
525.az

10Mənbələr