AZ

Gürcüstan Türkiyə və İrandan qarpız alır, Ermənistana satır

İlin ilk 5 ayında Gürcüstana 976 min dollar dəyərində 3078 ton qarpız tədarük edilib.

 

Modern.az xəbər verir ki, pul ifadəsində təklifin artımı ötən ilin eyni dövrü ilə müqayisədə 14,9% olub.

 

Həcmdə artım isə 9,4% təşkil edib. Gürcüstana qarpızlar əsasən qış və yaz aylarında İrandan (551 min dollar) və Türkiyədən (402 min dollar) gətirilir.

 

İndi Gürcüstanda qarpız yığımı mövsümi aktiv fazaya daxil olub və ölkənin özü də ixraca başlayıb. Artıq Ermənistana 9 min dollarlıq ilk 24 ton qarpız göndərilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
28
modern.az

10Mənbələr