AZ

Azərbaycan xaricə azot gübrəsi ixracını iki dəfə artırıb - İXRAC QİYMƏTİ 37% UCUZLAŞIB

2024-cü ilin yanvar-may aylarında Azərbaycandan 40 milyon 171 min dollar dəyərində 104 min 722 ton azot gübrəsi ixrac olunub.

FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Azot gübrəsi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 9  milyon 745 min dollar və ya 32,1%, miqdar ifadəsilə 107 min 41 ton və ya 2 dəfə artıb.

2023-cü ilin ilk 5 ayında isə Azərbaycandan 30 milyon 396 min dollar dəyərində 104 min 722 ton azot gübrəsi ixrac olunmuşdu.

1 kq azot gübrəsinin orta ixrac qiyməti 2024-cü ilin beş ayında 0,32 manata başa gəlib ki, bu da illik müqayisədə 0,17 manat (35,7%) ucuzlaşma deməkdir.

Ötən ilin eyni dövründə azot gübrəsinin orta ixrac qiyməti  0,49 manata başa gəlib.

Seçilən
104
50
fed.az

10Mənbələr