AZ

Gürcüstan Azərbaycandan pambıq idxalını artırıb

2024-cü ilin yanvar-mayında Gürcüstan Azərbaycandan 126 min ABŞ dolları dəyərində pambıq idxal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4 dəfə çoxdur. Bu barədə  Gürcüstanın Milli Statistika İdarəsi məlumat verib.
 
Azərbaycan Gürcüstanın  pambıq idxal etdiyi ölkələr arasında 4-cü yeri tutub.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 2,16 milyon dollar dəyərində pambıq idxal edib ki, bu da bir il əvvəlkindən 6% azdır.

Bu ilin ilk 5 ayında Gürcüstan Türkiyədən 1 milyon 390 min dollar, Çindən 283 min dollar, Bolqarıstandan 162 min dollar, İtaliyadan 76,3 min dollar dəyərində pambıq idxal edib.
 
N.Təbrizli

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
28
anews.az

10Mənbələr