AZ

Millimizin Macarıstan və İsveçrə ilə oyunlarının hakimləri açıqlanıb

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Macarıstan və İsveçrə yığmalarına qarşı keçirəcəyi oyunların hakim təyinatları açıqlanıb.

İdman.biz xəbər verir ki, B Liqasının I qrupu çərçivəsində iyulun 12-də Bakıda Macarıstanla baş tutacaq görüşü Xorvatiyadan, iyulun 16-da Lozannada İsveçrə komandası ilə keçiriləcək qarşılaşmanı isə Slovakiyadan olan hakimlər briqadası idarə edəcək:

12 iyul

Azərbaycan - Macarıstan
Liv Bona Dea Arena. Saat 20:00
Baş hakim: Jelena Pejkoviç
Baş hakimin köməkçiləri: Sanja Rodjak-Karşiç, Gordana Katuşiç
Dördüncü hakim: Jelena Kumer
(Hakimlər briqadası Xorvatiyadandır)

16 iyul

İsveçrə - Azərbaycan
Olimpik De La Pontez stadionu. Saat 21:00
Baş hakim: Miriama Boçkova
Baş hakimin köməkçiləri: Miroslava Pastorekova, Aleksandra Varqova
Dördüncü hakim: Zuzana Valentova
(Hakimlər briqadası Slovakiyadandır)

Qeyd edək ki, son iki tur ərəfəsində Azərbaycan milli komandası 4 xalla dördüncü yerdə qərarlaşıb. İsveçrə 9 xalla birinci, Türkiyə 6 xalla ikinci, Macarıstan isə 4 xalla üçüncü pillədədir.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
9
idman.biz

10Mənbələr