AZ

Gün eynəyi alarkən diqqətli olun - Bu yerlərdə satılanlar infeksiya yaradır

Yay aylarının gəlişi ilə gün eynəklərindən istifadə artır. Günəş işığına və infeksiyalara həssas olan şəxslər gün eynəyindən mütəmadi yararlanırlar. Eynək dəbin əsas elementlərindən biridir. Yayda taxılan gün eynəkləri sadəcə görüntüsünə, rənginə görə seçilməməlidir. Bu səbəbdən gün eynəyi alarkən nəzərə alınmalı məqamları bilməli və seçim edərkən diqqətli olmalıyıq.

Həkimlər yay aylarında günəş eynəklərindən istifadə kimi sadə tədbirlər ilə göz sağlamlığını qorumağın mümkün olduğunu söyləyirlər. Bəs gün eynəyi seçərkən nələrə diqqət etməliyik?

Teleqraf.com xəbər verir ki, oftolmoloqlar gün eynəyinin şüşəsinin keyfiyyətinin çox vacib olduğunu söyləyirlər.

Keyfiyyətsiz şüşə ilə təmasda olan gözlərdə zəifləmə, infeksiya yarana bilər. Gün eynəyin keyfiyyətli olması dedikdə ultrabənövşəyi şüalar dediyimiz UVA və UVB şüalarının gözün buynuz qişasından və gözün tərkib elementlərindən keçdikdən sonra çox az miqdarda gözün tor qişasına çatmasını təmin etmək və baş verə biləcək qalıcı zədələrin qarşısını alması nəzərdə tutulur. Daimi olaraq sanki pəncərədən baxırmış kimi gözü aldatmaq gözün zəifləməsinə, tamlığının pozulmasına səbəb ola bilər: Gözün görmə qabiliyyətinə mənfi təsir göstərən, müxtəlif problemlər meydana çıxa bilər. Ağır, üz ölçüsünə görə seçilməyən, keyfiyyətsiz, həmçinin istifadəyə yararsız şüşələr problemə səbəb ola bilər. Yaxşı olar ki, eynəkdə itehsalçı ölkənin, müəssisənin adı, onun ünvanı qeyd olunsun.

Əgər eynəklər sizə təkcə bəzək üçün deyil, sağlamlıq baxımından da lazımdırsa, onda onları nüfuzlu mağazadan və ya həkim təyini ilə apteklərdən alın. Qeyd edilir ki, keyfiyyət göstəricisi UF-400 olması daha məsləhətlidir (linzada bir küncdə qeyd olunur). Rəngi qara, qəhvəyi, tünd boz və s. ola bilər. Belə rəngli linzalar işığı azaldır, digər görmə keyfiyyətinə təsir etmir - hər şey öz rəngində görünür.

Həkimlər deyir ki, təsadüfi yerlərdə satılan eynəkləri almaq düzgün deyil. Hesab edilir ki, eynəklər optikalarda, həkim nəzarəti olan yerlərdə satılmalıdır. Gün eynəyinin funksiyası gözə düşən günəş şüalarının miqdarını azaltmaqdır. Əslində, heç bir eynək günəş şüalarının miqdarını tamamilə sıfıra endirə bilməz. Eynəyin keçiricilik qabiliyyəti normal olmalıdır ki, lazım olan miqdarı tənzimləyə bilsin.


Müəllif: Şəbnəm Zahir
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
6
teleqraf.com

8Mənbələr