AZ

Bu amillər dəri xərçənginə yol aça bilər - Mütəxəssislərdən XƏBƏRDARLIQ

Ətraf mühitin pisləşməsi faktorlarının təsiri ilə son illər dəri xərçənglərinin arta biləcəyi bildirilib. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, dəri xərçənginin 3 əsas növü var. 

Bu növlərə daxildir: \"Bazal hüceyrəli karsinoma”(BKH), \"Skuamöz hüceyrəli karsinoma”(SHK) və \"Melanoma”. 

Dəri xərçənginin ən çox görülən növləri olan BHK və SHK adətən günəşə məruz qalan yerlərdə əmələ gəlir. Melanoma isə dəri xərçənginin ən təhlükəli növü kimi tanınır. 

Son illərdə pisləşən ətraf mühit faktorlarının təsiri ilə dəri xərçənglərində artım ola biləcəyini bildirən mütəxəssislər, dəri xərçəngində erkən diaqnozun həyati əhəmiyyət kəsb etdiyinə diqqət çəkib və vətəndaşlara mütəmadi olaraq yoxlamaya getmələrinin vacibliyini vurğulayıblar. 

Dərinizdə hər hansı ləkə və ya çillərdə dəyişiklik görsəniz, həkimə müraciət etməyiniz barədə xəbərdarlıq edilib. 

Oksana 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
2
azxeber.com

8Mənbələr