AZ

Qarderobunuzdakı bu aksesuarı TƏCİLİ ATIN

Aşağı keyfiyyətli gün eynəkləri ultrabənövşəyi radiasiyadan praktiki olaraq heç bir qorunma təmin etmədiyi üçün göz qapaqlarının xərçənginə və bulanıq görməyə səbəb ola bilər.

Publika.az xəbər verir bu açıqlama ilə Britaniyanın “The Mirror” nəşrinin jurnalistləri çıxış ediblər.

“Keyfiyyətsiz gün eynəkləri günəşin zərərli ultrabənövşəyi şüalarından az qorunduğu üçün gözləriniz təhlükəli ultrabənövşəyi radiasiyaya məruz qalacaq. UV şüalarına uzun müddət məruz qalma katarakt, makula degenerasiyası və göz qapağı xərçənginin inkişafı ilə əlaqələndirilir”, - məlumatda deyilir.

Həkimlərin fikrincə, göz qapağının xərçəngi, o cümlədən bazal hüceyrəli karsinoma və skuamöz hüceyrəli karsinoma ultrabənövşəyi şüalara məruz qalma ilə əlaqədardır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
2
publika.az

8Mənbələr