AZ

Ritter: "Rusiyanın Ukraynada qələbəsi NATO-nun dağılmasına gətirib çıxaracaq"

"Rusiyanın Ukraynadakı münaqişədə qələbəsi NATO-nun faktiki olaraq dağılmasına gətirib çıxaracaq". Bizimyol.info xəbər verir ki, bunu BMT-nin keçmiş müfəttişi, əvvəllər ABŞ Dəniz Piyadaları Korpusunda kəşfiyyat xidmətində çalışmış Skot Ritter deyib. “Rusiyanın qələbəsi əslində NATO-nun mövcudluğunu şübhə altına alır”, - deyə o, "X" sosial şəbəkəsində "Müfəttişdən soruş" səhifəsində qeyd edib. Ritterin fikrincə, NATO-nun dağılması Alyansın Əfqanıstan və Ukraynadakı strateji uğursuzluqlarının “kumulyativ təsirindən” gələcək. 2023-cü il dekabrın 19-da Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin iclasında Rusiyanın NATO ölkələrinə gələcəkdə hücum etmək niyyətində olmadığını və planlaşdırmadığını bildirib. O qeyd edib ki, “Rusiya təhlükəsi” mövzusunu Avropa qitəsində hakim statusunu itirməkdən qorxan ABŞ irəli sürür. Fevralın 29-da Federal Məclisdə çıxış edən Putin Rusiyanın Avropaya hücuma hazırlaşdığına dair iddiaları “cəfəngiyyat” adlandırıb. Qadir, Bizimyol.info

Seçilən
143
26
bizimyol.info

10Mənbələr