Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun İsveçrə - Almaniya görüşü başa çatıb.
Modern.az xəbər verir ki, Frankfurtda keçirilən matç 1:1 hesabı ilə yekunlaşıb.
Bu nəticənin ardından A qrupunda xallarının sayını 7-yə çatıdran Almaniya birinci, xal ehtiyatını 5-ə çatdıran İsveçrə isə ikinci olub.
Hər iki komanda AVRO-2024-ün 1/8 finalına yüksəlib.