AZ

Bakıda yaşayış binasında lift qırıldı - Xəsarət alanlar var+Yenilənib

Bakıda çoxmərtəbəli yaşayış binalarının birində lift qırılıb.

“Qafqazinfo” xəbər verir ki, FHN-nin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən 16 mərtəbəli yaşayış binasının liftində texniki nasazlıq yaranması səbəbindən 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 23.06.2024-cü il tarixində saat 16:06-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə paytaxtın Nərimanov rayonu, A.Nematulla küçəsi ərazisindən liftin qırılması səbəbilə çağırış daxil olub.

Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.

5 nəfər (qadın cinsli) şəxs xəsarət alıb.

Xəsarət alanlar Təcili tibbi yardım briqadası tərəfindən müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunublar.

Seçilən
153
49
qafqazinfo.az

10Mənbələr