Braziliya millisinin sabiq üzvü 40 yaşlı Vaqner Lav karyerasını bitirməyəcək.
Bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, hücumçunun yeni klubu da müəyyənləşib.
Belə ki, o, Braziliyanın "Avai" klubu ilə 1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Vaqner Lav buna qədər "Palmeyras", "Flamenqo", SSKA (Moskva), "Monako", "Beşiktaş" klublarında iştirak edib.
"Cebhe.info"