AZ

Vaqner Lavın yeni klubu açıqlandı

Braziliya millisinin sabiq üzvü 40 yaşlı Vaqner Lav karyerasını bitirməyəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, hücumçunun yeni klubu da müəyyənləşib.

O, Braziliyanın  "Avai" klubu ilə 1 illik müqavilə bağlayıb. Bu barədə B seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Vaqner Lav buna qədər 12 klubda çıxış edib. Onların arasında "Palmeyras", "Flamenqo", SSKA (Moskva), "Monako" və "Beşiktaş" da var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
6
qafqazinfo.az

7Mənbələr