AZ

Ucarda qaydaları pozan sürücülər barəsində tədbir görülüb

Ucar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in Mətbuat xidmətindən bildirilib.

Normadan artıq zəhərli qaz ixrac edən və atmosferi çirkləndirən avtomobilləri idarə edən sürücülərlə profilaktik söhbətlər aparılıb. Qayda pozuntusuna yol verən sürücülər barəsində inzibati tənbeh tədbiri görülüb.

Seçilən
28
19
operativmm.az

10Mənbələr