AZ

Gəncə Bakı yolunu sel basıb, yol bağlanıb - FOTO

Bakı-Qazax magistral yolunun Gəncə şəhərindən keçən hissəsində avtomobillərin hərəkətində çətinlik yaranıb.

Avtosfer.az xəbər verir ki, buna magistral yolunun Gəncə şəhərinin Şərq çıxışında, körpünün altından keçən hissənə yağış sularının dolması səbəb olub, hətta nəqliyyat vasitələrindən biri suyun əhatəsində qalıb.

Sürücülər alternativ yoldan istifadə etməklə yollarına davam edirlər.

Qeyd edək ki, bölgədə günlərdir yağışlı hava şəraiti müşahidə olunur.

(Apa)

FOTO QALEREYA
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
10
avtosfer.az

10Mənbələr