Almaniyada keçirilən Avropa çempionatında bu gün qrup mərhələsinin II turunun görüşləri başa çatacaq.
Sportinfo.az xəbər verir ki, günün son qarşılaşması Köln şəhərində gerçəkləşəcək.
Belçika və Rumıniya komandalarının oyunundan sonra E qrupu da daxil olmaqla, II turun görüşləri başa çatacaq.
Belçika ilk görüşdə Slovakiya yığmasına (0:1) məğlub olub. Rumıniya isə Ukraynanı üstələyib - 3:0.
23:00. Belçika - Rumıniya
Baş hakim: Şimon Marçinyak (Polşa).
Köln, “Reyn Enerqi” stadionu.