AZ

AVRO-2024: Xorvatiya hansı halda pley-offa vəsiqə qazana bilər?

Xorvatiya millisi 2024-cü il Avropa çempionatının qrup mərhələsinin 3-cü turunun İtaliya ilə oyununda heç-heçə edib (1:1). Beləliklə, xorvatlar özlərinə iki xalla qrup turnirini B qrupunda üçüncü yerdə başa vurublar. Matc.az xəbər verir ki, bir neçə variantda Xorvatiya millisi öz qrupunda üçüncü yerdən AVRO-2024-ün pley-off mərhələsinə vəsiqə qazana bilər. Bunun üçün xorvatlar turnirin qrup mərhələsinin son turunun digər oyunlarının onlara sərf edəcək nəticəsini gözləməli olacaq: Serbiya millisinin Danimarka üzərində üç və ya daha çox cavabsız qolla qələbə qazanması və ya danimarkalıların serblərə məğlubiyyəti, İngiltərənin Sloveniya üzərində üç və ya daha çox cavabsız qolla qələbəsi, həmçinin Portuqaliya və Türkiyənin matçlarında Gürcüstan və Çexiyanın uduzması. Yalnız belə nəticələrlə Xorvatiya millisi AVRO-2024-də mübarizəni davam etdirərək, B kvartetində üçüncü yerdən turnirin pley-off mərhələsinə yüksələ biləcək.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
50
matc.az

10Mənbələr