Türkiyə millisinin və "Real"ın yarımmüdafiəçisi Arda Gülerin Portuqaliyaya qarşı bugünkü matçda oynayıb-oynamayacağı yaxın saatlarda məlum olacaq.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella mətbuata açıqlamasında bildirib. O, Ardanın yorğun olduğunu deyib:
Xatırladaq ki, 19 yaşlı Güler ilk turda Gürcüstanla görüşdə (3:1) baxımlı qola imza atıb.
Qeyd edək ki, Türkiyə - Portuqaliya oyunu bu gün Dortmunddakı "Siqnal İduna Park" arenasında keçiriləcək. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
"Cebhe.info"