AZ

Qrizmann Fransa rekordunu təkrarladı

Avro-2024-ün qrup mərhələsinin Niderland ilə oyunu Fransa yığmasının hücumçusu Antuan Qrizmann üçün əlamətdar olub.

Publika.az xəbər verir ki, o, böyük turnirlərdə – dünya və Avropa çemionatlarının final mərhələlərində ümumilikdə 32-ci oyununu keçirib. Bu, Fransa rekordunun təkrarıdır.

Belə ki, Qrizmann Lilian Thuramın nəticəsini təkrarlayıb. Antuan Almaniyada keçirilən turnirdə daha bir oyunda meydana çıxarsa, yeni rekordun sahibi olacaq.

Seçilən
118
2
publika.az

4Mənbələr