Avro-2024-ün qrup mərhələsinin Niderland ilə oyunu Fransa yığmasının hücumçusu Antuan Qrizmann üçün əlamətdar olub. SİAxəbər verir ki, o, böyük turnirlərdə – dünya və Avropa çemionatlarının final mərhələlərində ümumilikdə 32-ci oyununu keçirib. Bu, Fransa rekordunun təkrarıdır. Belə ki, Qrizmann Lilian Thuramın nəticəsini təkrarlayıb. Antuan Almaniyada keçirilən turnirdə daha bir oyunda meydana çıxarsa, yeni rekordun sahibi olacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta