AZ

Qlobal xam polad istehsalı artıb

Qlobal xam polad istehsalı may ayında 165,1 milyon tona çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5% artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dünya Polad Assosiasiyası (Worldsteel) may ayı üçün xam polad istehsalı məlumatlarını açıqlayıb.

Sözügedən dövrdə Çinin istehsalı 2,7% artaraq 92,9 milyon tona, Yaponiyanın istehsalı isə 6,3% azalaraq 7,2 milyon tona çatıb.

Eyni dövrdə Almaniyanın istehsalı 1,9% azalaraq 3,2 milyon tona, ABŞ-nin istehsalı isə 1,5% azalaraq 6,9 milyon tona enib.

Hesabat dövründə Türkiyənin xam polad istehsalı 11,6% artaraq 3,2 milyon tona çatıb.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
42
iqtisadiyyat.az

10Mənbələr