AZ

Almaniyada Ukrayna, Ermənistan və Rusiya vətəndaşı casusluq ittihamı ilə həbs edildi

Almaniyada Ukrayna, Ermənistan və Rusiya vətəndaşı casusluq ittihamı ilə həbs edildi

Almaniyada 3 nəfərin xarici kəşfiyyat xidmətinə işləmək ittihamı ilə həbs edildiyi bildirilib.Federal Baş Prokurorluğun yaydığı bəyanatda iyunun 19-da Frankfurtda Ukrayna vətəndaşı Robert A, Ermənistan vətəndaşı Vardces İ. və Rusiya vətəndaşı Arman S-nin saxlanıldığı bildirilib.Şübhəlilərin xarici kəşfiyyat xidmətinə işləməkdə ittiham olunduğu bildirilib.Ukraynadan gələn və bu ölkədə olan şəxs haqqında məlumat toplamaq üçün xarici məxfi xidmət adından Almaniyada olduqları qeyd edilən şübhəlilərin iyunun 19-da Frankfurtdakı kafedə kəşfiyyat apardıqları bildirilib.Açıqlamada dünən hakim qarşısına çıxarılan şübhəlilərin həbs olunduğu bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
26
afn.az

10Mənbələr