AZ

Almaniyada casusluq edən Ermənistan vətəndaşı həbs edilib

Almaniyada Ermənistan, Rusiya və Ukrayna vətəndaşları casusluqda şübhəli bilinərək saxlanılıblar.

“Report”un məlumatına görə, bu barədə Almaniya Federal Prokurorluğu məlumat yayıb.

Qeyd olunub ki, saxlanılan şəxslər Almaniyada bir ukraynalı haqqında məlumat toplayırmışlar.

Xüsusilə, şübhəlilər onların hədəfinə çevrilən Ukrayna vətəndaşının vaxt keçirdiyi kafedə olublar. Saxlanılan 3 nəfər istintaq təcridxanasına göndərilib.

Ukraynalının adı Robert A, rusiyalının adı Arman S, Ermənistan vətəndaşının adı isə Vardgesikdir.

Ermənistan KİV-ində dərc edilən məlumata görə, saxlanılan Vardgesik İrəvanda məşhur olan Vardgesik Monumentskidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
4
report.az

10Mənbələr